
Britaniyalı məşhur üzgüçü Mercedes Qlyaytseyə məxsus dünyanın ilk suyadavamlı “Rolex Oyster” qol saatı “Sotheby's” hərrac evində hərraca çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərrac evinə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu unikal lot ən azı 1,3 milyon dollara satıla bilər.
Agentlik bildirib ki, 1927-ci ildə “Rolex”in qurucusu Hans Vilsdorf La-Manş boğazını keçməzdən əvvəl Mercedes Qlyaytseyə suyadavamlı “Rolex Oyster” saatı hədiyyə edib.
Suda 10 saat qaldıqdan sonra “Rolex Oyster”in saat mexanizmində heç bir problem qeydə alınmayıb.
“Sotheby's”in saat bölməsinin rəhbəri Sem Haynsın sözlərinə görə, Qlyaytsenin La-Manş boğazını keçməsindən sonra “Rolex” qol saatı sənayesində mühüm ixtira hazırladığını və patentləşdirdiyini dünyaya elan edib.
Bu isə Haynsın fikrincə, markanın bütün marketinq strategiyasını müəyyənləşdirib.
Agentlik qeyd edir ki, lotun adı açıqlanmayan hazırkı sahibi bu saatı 2000-ci ildə 17 000 funt-sterlinqə (22 000 dollar) alıb.