ABŞ qaçqınların qəbulu ilə bağlı limiti rekord sayda azaltmaq istəyir


Tramp administrasiyası ABŞ-yə yeni qaçqınların qəbulunu maksimum sayda - ildə 125 mindən 7 min 500-ə qədər azaltmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barəfə “The New York Times” qəzeti əldə etdiyi sənədlərə istinadla məlumat yayıb.
Məlumata görə, 7 min 500 nəfərlik bu rəqəm təkcə ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən müəyyən edilən 2024-cü il həddindən (125 000 nəfər) əhəmiyyətli dərəcədə aşağı olmayacaq, həm də Trampın özünün birinci müddətinin sonunda müəyyən etdiyi həddin yarısını (15 000 nəfər) təşkil edəcək.
Nəşrin əldə etdiyi sənədlərə görə, belə olduqda yerlərin əhəmiyyətli hissəsi Cənubi Afrikanın ağdərili əhalisinə və ədalətsiz ayrı-seçkiliyə məruz qalan digər qruplara ayrılacaq.
Adı açıqlanmayan Ağ Ev rəsmisinin sözlərinə görə, limitlə bağlı yekun qərar ABŞ Konqresi ilə məsləhətləşmələr keçirilməyənə qədər qüvvəyə minməyəcək. Federal hökumətin fəalityyətinin dayandırılması ilə əlaqədar hazırda bu cür müzakirələr mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top