Gürcüstanda yerli seçkilər keçirilir


Gürcüstanda yerli seçkilər üçün bütün seçki məntəqələri  oktyabrın 4-də səhər yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə eyni) açılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının xüsusi nümayəndəsi Natiya İoseliani məlumat verib.
Onun sözlərinə görə, səsvermə insidentsiz başlayıb.
Oktyabrın 4-də Gürcüstanda eyni vaxtda 64 bələdiyyə və rayonda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
Seçkilərdə Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərinin merləri, həmçinin 59 bələdiyyənin merləri və yerli şəhər şuralarının deputatları seçilir.
Seçkilərdə ümumilikdə 12 siyasi partiya iştirak edir. 64 bələdiyyədə cəmi 121 bələdiyyə başçı namizədi var.
Gürcüstan paytaxtının meri postu uğrunda doqquz namizəd, o cümlədən hakim “Gürcü arzusu” partiyasından olan hazırkı mer Kaxa Kaladze mübarizə aparır.
Yerli seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfər təşkil edir.
3061 seçki məntəqəsindən 2284-də səsvermə elektron, 777-də ənənəvi olaraq aparılır.
Seçki prosesini 28 beynəlxalq, 27 yerli təşkilat, həmçinin 73 KİV-dən minə yaxın jurnalist izləyir.
Qaydalara əsasən, qalib gəlmək üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır. Əks halda, birinci və ikinci yerləri tutan namizədlər arasında ikinci tur keçiriləcək.
Seçkilər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə eyni) başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top