UEFA-ya Çempionlar Liqasının yeni formatını təklif etdilər


Superliqa təşkilatçıları Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) 2027-ci ildən etibarən Çempionlar Liqasının formatını dəyişdirməyi təklif ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Məlumata görə, dəyişikliklər UEFA reytinqinə əsasən 36 komandanın 18 klubdan ibarət iki qrupa bölünməsini nəzərdə tutur.
Hər komanda səkkiz oyun keçirəcək. Yuxarı qrupdan ən yaxşı səkkiz yeri tutan komandalar 1/8 finala yüksələcək. Aşağı səkkizlik ilkin pley-off mərhələsində ikinci qrupda yer alan ən yaxşı səkkiz komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırda Çempionlar Liqasının əsas mərhələsində 36 klub iştirak edir. Bütün komandalar birinci mərhələdə səkkiz oyun keçirir - dördü evdə, dördü isə səfərdə. Bütün klublar birləşdirilmiş cədvəldə birləşdirilir, ilk səkkizlik avtomatik olaraq 1/8 finala yüksəlir və pley-offda 9-24-cü yerləri tutan komandalar qalan pley-off iştirakçılarını müəyyənləşdirir.
Çempionlar Liqası ötən mövsümdən bu formatda keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top