
İrəvan Şəhər Cinayət Məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı iki il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Bildirilib ki, Prokurorluq onun iki il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Arxiyepiskopla bağlı iş 2024-cü ilin fevralında Acapaxyanın Ermənistanın hərbi çevrilişə ehtiyacı olduğunu bildirdiyi müsahibədən irəli gəlib.
Qeyd edək ki, Acapaxyan 2025-ci ilin iyununda ölkənin Baş naziri Nikol Paşinyanla erməni kilsəsinin rəhbərliyi arasında qarşıdurma zamanı həbs edilib. Eyni zamanda digər arxiyepiskop Baqrat Qalstanyan da həbs edilib.
Arxiyepiskopların məhkəməsinin 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı olduğu düşünülür. Müxalifət bunu siyasi opponentlərin təqibi kimi qiymətləndirir. Hakim partiya rəsmiləri seçkilərə “hibrid müdaxilə” hazırlamaqdan, bu planın tərkib hissəsi kimi rusiyayönlü müxalifət xadimlərinin və kilsə liderlərinin adlarının çəkilməsindən danışır.
Tətbiqimizi yükləyə bilərsiniz