
“Mançester Yunayted” əlavə gəlir əldə etmək üçün Səudiyyə Ərəbistanında mövsümün ortasında yoldaşlıq oyunu keçirməyi düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilib ki, klub maraqlı tərəflərlə ilkin danışıqlar aparır, mümkün tarixləri və potensial rəqibləri araşdırır.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” üçün ən sərfəli variant “Mançester Yunayted”in keçmiş hücumçusu Kriştiano Ronaldonun oyunçusu olduğu “Əl-Nəsr”lə yoldaşlıq oyunu olacaq.
Qeyd edilib ki, klub özünə “milyonlar” qazandıra biləcək sənədli filmdən imtina etdikdən sonra bu ideyanı nəzərdən keçirməyə başlayıb.
Xatırladaq ki, komanda ötən mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün 100 milyon funt-sterlinq (115 milyon avro) itirib.