Ayda Wi-Fi olacaq


“Solstar Space” şirkəti NASA üçün Ayda Wi-Fi sistemləri hazırlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) məlumat verilib.
Məlumata görə, layihənin məqsədi Ayın ekstremal şəraitində işləməyə qadir olan çoxrejimli, çoxprotokollu və çoxzolaqlı simsiz rabitə sistemi yaratmaqdır.
Sistem “Artemis” missiyaları və Aya kommersiya yüklərinin çatdırılması üçün CLPS proqramı zamanı astronavtlar, ay aparatları, elmi cihazlar, sensorlar, skafandrlar və planşetlər arasında əlaqəni dəstəkləmək üçün nəzərdə tutulur.
NASA bu məqsədlə “Solstar Space” şirkəti ilə 150 min dollarlıq müqavilə imzalayıb.
Hazırda Ay səthində istifadə üçün Wi-Fi giriş nöqtəsinin yaradılması bir sıra mühüm texniki problemlərlə üzləşir. Bunlara vakuum, Ayın gündüzü və gecəsi arasında yüzlərlə dərəcəyə çatan həddindən artıq tempöeratur dalğalanmaları, birbaşa radiasiyaya məruz qalma, Ay tozu, termal isitmə və soyutma dövrləri daxildir.
Standart protokollar və sistemlər belə şəraitdə işləmək üçün yararsızdır. Bundan əlavə, ekspertlər hesab edirlər ki, radiasiyaya məruz qalma simsiz şəbəkələr vasitəsilə məlumatların ötürülməsinin effektivliyini azalda bilər.
Buna görə də, Ayda Wi-Fi sistemi hazırlanarkən həm radiasiya, həm də temperatur təsirlərinə davamlı olan xüsusi elektronikadan istifadə edilməsi planlaşdırılır.
Bundan əlavə, sistem kosmik gəmilər üçün vacib olan ölçü, çəki və enerji istehlakı ilə bağlı ciddi tələblərə cavab verməlidir.
Ən əsası isə sistem real vaxt rejimində minimum gecikmə ilə geniş çeşidli cihazlar arasında etibarlı rabitə təmin etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top