
Əsasən qorxu janrında yazan Amerika yazıçısı Stiven Kinq ABŞ məktəblərində ən çox qadağan olunan müəlliflər siyahısına başçılıq edir.
Yeniavaz.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə “PEN America” qeyri-kommersiya təşkilatı öz hesabatında məlumat yayıb.
Təşkilatın məlumatına görə, 2024-2025-ci tədris ili ərzində ABŞ-də 6800-dən çox kitab geri çağırılıb. Bu qadağaların 80 faizi üç ştatda baş verib: Tennessi, Texas və Florida.
Hesabatda Stiven Kinqin əsərləri, o cümlədən “Qarşıdurma” və “Kerri” əsərləri 206 dəfə senzuraya məruz qalıb.
Entoni Bercessin “Mexaniki portağal" kitabı isə Amerika məktəblərində ən çox qadağan olunan kitab olub.
Kitabın qadağan edilməsinin ən çox yayılmış səbəbləri zorakılıq səhnələri və irqi mövzulardakı mülahizələr olub.
ABŞ məktəblərində əsərləri ilə bağlı ciddi məhdudiyyətlərlə üzləşən müəlliflər siyahısında Patrisiya Makkormikin “Satıldı”, Cudi Blumun “Əbədi” və Cennifer Nivenin “Son nəfəsdə” əsərləri də var.