FİFA 2026-cı il dünya çempionatının rəsmi topunu təqdim etdi


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) sosial media platformalarında ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Çempionatının rəsmi topunu təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, topun dizaynında ev sahibi ölkələri simvollaşdırmaq üçün üç rəngdən - qırmızı, mavi və yaşıldan istifadə olunub.
Həmçinin, top rəsmi olaraq “TRIONDA” adlanır.
Qeyd edək ki, hazırkı dünya çempionu Argentinadır. Belə ki, 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunun finalında argentinalılar penaltilər seriyasında o vaxtlar çempion olan Fransanı məğlub ediblər.

DİGƏR XƏBƏRLƏR

Top