
Vətənə xəyanətdə təqsirləndirilən Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın işi məhkəməyə göndərilib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, iş üzrə ibtidai istintaq artıq yekunlaşıb.
İddiaya görə, XİN əməkdaşı romantik münasibətdə olduğu Azərbaycan vətəndaşına məxfi məlumatlar ötürüb.
Arakelyan hələ iyun ayında paytaxtın “Zvartnots” hava limanında saxlanılıb. Ancaq 32 yaşlı XİN əməkdaşına qarşı cinayət işi avqust ayında elan olunub.