“Lill”in türkiyəli qapıçısı ardıcıl üç penaltini dəf etdi – Video


Fransanın “Lill” klubunun türkiyəli qapıçısı Berke Özer çətin uğura imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu, UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda İtaliyanın “Roma” klubu ilə baş tutan oyun zamanı baş verib.
Belə ki, 25 yaşlı qolkiper 82-ci dəqiqədə qapıya təyin edilən penaltini dəf edib. Lakin hakim Erik Lambrexts VAR qərarı ilə penaltini daha iki dəfə təkrarladıb. Özer sözügedən iki penaltini də dəf edib.
Həmin görüşün icmalını təqdim edirik:

Qeyd edək ki, görüş 1:0 hesabı ilə “Lill”in xeyrinə başa çatıb. Fransa təmsilçisi xallarını 6-ya yüksəldib. “Roma” isə 3 xalda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top