
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun idxal tariflərindən artıq 200 milyard dollardan çox gəlir əldə etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “One America News”a müsahibəsində qeyd edib.
Trampın sözlərinə görə, bu, hədəf səviyyəyə yaxındır və ölkə görünməmiş gəlirlər əldə edir.
Amerika lideri həmçinin, bəyan edib ki, onun tətbiq etdiyi idxal tarifləri ABŞ-yə illik 1 trilyon dollardan çox gəlir gətirəcək.
“Tariflər yenicə öz bəhrəsini verməyə başlayır və son nəticədə tariflər ildə 1 trilyon dollardan çox gəlir gətirəcək”, - o, qeyd edib.
Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci Sessiyasının Ümumi Müzakirələrində çıxış edən Tramp bəyan edib ki, Vaşinqton ədalətlilik və qarşılıqlılıq prinsiplərinə riayət olunmaq şərti ilə bütün ölkələrlə ticarət etməyə hazırdır.
ABŞ Prezidentinin sözlərinə görə, Amerika administrasiyasının əksər ölkələrə tətbiq etdiyi ticarət tarifləri qoruyucu mexanizmdir.
Tətbiqimizi yükləyə bilərsiniz