La Liqanın ən bahalı klubu açıqlandı


Nüfuzlu “Transfermarkt” portalı La Liqanın ən bahalı heyətə malik klublarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, reytinq cədvəlinə görə, “Real Madrid” 1,4 milyard avroluq heyəti ilə ilk yeri tutub.
İkinci yerdə 1,11 milyard avroluq heyəti olan “Barselona” qərarlaşıb. İlk üçlüyü 624 milyon avroluq heyəti ilə “Atletiko Madrid” tamamlayıb.
Bu reytinqdə dördüncü yeri “Atletik Bilbao” (370 milyon avro), beşinci yerdə isə “Vilyarreal” (284 milyon avro) tutub.

DİGƏR XƏBƏRLƏR

Top