Bu yollarda tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
 2. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 3. Zərifə Əliyeva küçəsində;
 4. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;
 5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top