
Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, qaz xətti üzərində siyirtmənin quraşdırılması ilə bağlı 03.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatana qədər Xətai rayonunun Cavanşir küçəsindəki daşıyıcı qaz xəttində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Sadıqcan, 8 Noyabr, Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Tətbiqimizi yükləyə bilərsiniz