
“Real Madrid”in hücumçusu Kilian Mbappe Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytına istinadən Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Yeniavaz.com xəbər verir ki, sentyabrın 30-da Mbappe Çempionlar Liqasının ikinci turunda Qazaxıstanın “Kayrat” klubu ilə səfər oyununda (5:0) het-trik edib.
Mükafat uğrunda mübarizədə Mbappe “Mançester Siti”dən Erlinq Holanı, “Bodo-Qlimt”dən Yens Petter Hauqeni və “Napoli”dən Rasmus Hoylundu gerdiə qoyub.
Mbappe bu mövsümdə klubda 9 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.
O, hazırda beş qolla Çempionlar Liqasının bombardirlər cədvəlinə başçılıq edir. Harri Keyn, Maykl Olişe (hər ikisi “Bavariya”) və Conatan Burkardt (“Ayntraxt”) isə hərəyə dörd qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz