FIFA Klublararası Dünya Çempionatının iştirakçılarının sayını 50% artıra bilər


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Klublararası Dünya Çempionatının iştirakçılarının sayını 50% artırmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, 2029-cu ilə planlaşdırılan növbəti turnirdə 32 deyil, 48 komanda iştirak edə bilər. Ölkə üzrə komandaların maksimum sayı da qaldırıla bilər - hazırda hər liqadan yalnız iki komanda Dünya Kubokunda iştirak edə bilər.
Qeyd edək ki, FIFA Klublararası Dünya Kuboku altı qitə konfederasiyasının ən yaxşı komandaları arasında keçirilən yarışdır. Turnir FİFA-nın himayəsi altında keçirilir. İlk FIFA Klublararası Dünya Çempionatı 2000-ci ilin yanvarında Braziliyada keçirilib. O, hər il Yaponiyanın Yokohama şəhərində UEFA Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunun qalibi arasında keçirilən Qitələrarası Kubokun davamçısı kimi FIFA tərəfindən tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top