Bu dəfə “Porsche” və “Lamborghini”lər geri çağırılacaq


“Porsche” və “Lamborghini” krossoverlərində yanacaq sızması aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Volkswagen Group” məlumat yayıb.
Məlumata görə, ekstremal hadisə “Volkswagen Group”a daxil olan iki premium brendə təsir edib.
Geri çağırılmaya səbəb yanacaq sistemində aşkar edilən potensial təhlükəli problemdir.
Geri çağırılan avtomobillər arasında “Porsche” modelləri üstünlük təşkil edir. Bunlara 2024-cü ildən indiyədək istehsal olunan “Panamera”, “Panamera E-Hybrid” və “Cayenne” modelləri daxildir.
Rəsmi məlumatlara görə, bu avtomobillərdə yüksək təzyiqli yanacaq nasosunun dayaqları kifayət qədər bərkidilməyib.
Mütəxəssislər bildirirlər ki, bu texniki nasazlıq yanacağın sızması da daxil olmaqla ciddi nəticələrə səbəb ola bilər.
Üstəlik, bu halda yanğın riski də realdır.
Oxşar problemin “Audi” modellərində də aşkar olunduğu bildirilir. 

DİGƏR XƏBƏRLƏR

Top