Dünya çempionatının finalına ən ucuz bilet 2 030 dollardır


Gələn il ABŞ-də keçirilməsi nəzərdə tutulan futbol üzrə XXIII dünya çempionatının finalına ən ucuz bilet 2030 dollardır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “The Athletic”də yer alıb.
Bildirilir ki, biletlər dörd kateqoriyaya bölünür. Birinci kateqoriya üzrə finala biletin qiyməti 6 min 370 dollar, ikinci kateqoriyada 4 min 210 dollar, üçüncü kateqoriyada 2 min 790 dollar, dördüncü kateqoriyada isə 2 min 30 dollardır. Oyun ABŞ-nin Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək.
Mexikoda keçirilməsi planlaşdırılan açılış matçının biletləri 370 dollardan (ən aşağı kateqoriya) başlayır. Birinci kateqoriyalı bir biletin qiyməti isə 1 825 dollar olacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Oyunlara ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Turnirdə 48 komanda iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top