Tanınmış türkiyəli yutuber “Qarabağ”a görə TRT-ni tənqid etdi – Video


Tanınmış türkiyəli yutuber Onur Naci Öztürkler ölkəsindəki bəzi telekanallarının futbol şərhçilərini “Qarabağ”ın oyunlarını zəif şərh etdiklərinə görə tənqid edib.
Yeniavaz.com
 xəbər verir ki, o bu barədə 471 min izləyici olan İnstaqram hesabının hekayə bölümündə video yayıb.
Öztürkler TRT kanalının əməkdaşlarını “Qarabağ”ın “Benfika” və ötən gün baş tutan “Kopenhagen” ilə oyunlardakı şərhlərinə görə tənqid edib:
“Azərbaycanda Türkiyənin “Galatasaray”, “Beşiktaş” kimi komandalarının oyunları yayımlandıqda şərhçilər bizim komandaya qol vurulduqda bunu kədərli şəkildə elan edirlər. Rəqib komanda hücuma keçdikdə isə oyunu daha sakit tonla şərh edirlər. Bizim komandalar qol vurduqda isə özləri qol vurmuş kimi sevinirlər”.
O bildirib ki, “Qarabağ”-“Benfica” oyununda Azərbaycan təmsilçisinin qapısına qol vurulduqda, TRT-nin şərhçi bunu sevinclə elan edib. Öztürklerin sözlərinə görə, ötən gün “Kopenhagen”lə baş tutan oyunda isə şərhçilər Danimarka komandasının hücuma keçməsini həyəcanlı şəkildə elan ediblər.

DİGƏR XƏBƏRLƏR

Top