
Danimarkada hazırda keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci sammiti zamanı Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın öz çıxışlarında Ermənistanı nəzərdə tutaraq “Albaniya və Azərbaycan arasında münaqişə” deməsini məsxərəyə qoyub.
Yeniavaz.com xəbər verir ki, Rama bir-birləri ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makrona yaxınlaşıb və Makrona xitabən zarafatla deyib ki, o, Azərbaycan və Albaniyanı da təbrik etməlidir:
“Bizdən üzr istəməlisiz. Çünki bizi Trampın Albaniya ilə Azərbaycan arasında təmin etdiyi sülh sazişi ilə bağlı təbrik etməmisiniz”, - deyə Rama bildirib.
Makron isə cavabında gülərək “Buna görə üzr istəyirəm” deyib.
Həmin anların kadrlarını təqdim edirik: