
Son bir gündə dünyanın ən varlı adamlarının siyahısında 1-ci sırada olan İlon Maskın ümumi sərvəti 10,5 milyard dollar artıb.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”in qurucusu olan İlon Maskın ümumi sərvəti hazırda 470 milyard dollar təşkil edir.
Bu ilin əvvəlindən ötən dövr ərzində isə Maskın sərvəti 37,2 milyard dollar artıb.
Qeyd edək ki, “Bloomberg Milyarderlər İndeksi”ndə yer alan milyarderlər arasında ikinci sırda “Oracle”nin direktorlar şurasının sədri Larri Ellison dayanır. Onun sərvəti isə 349 milyard dollardır.
Onu da bildirək ki, “Forbes Milyarderlər İndeksi”ndə yer alan məlumatda isə İlon Maskın ümumi sərvətinin 499,1 milyard dollar olduğu göstərilir. “Forbes”ə görə Maskın sərvəti son bir gündə 8,3 milyard dollar artıb.
Elnur Əli