Gömrük nəzarətindən gizlədilən mallar aşkar edildi


Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən müxtəlif adda mallar aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, Rusiya Federasiyasından gələn nəqliyyat vasitəsinə “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində gömrük yoxlaması keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı ehtiyat təkərlərin içərisindən, gömrük nəzarətindən gizlədilən 1066 ədəd müxtəlif markalı elektron siqaretlər üçün maye, ümumi həcmi 7,1 litr olan müxtəlif markalı spirtli içkilər və digər mallar aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top