
“Qarabağ” 415 klubun yer aldığı UEFA-nın reytinq cədvəlində 51-ci sırada qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, Avropanın ən güclü klubu “Real Madrid” hesab olunur.
Qeyd edək ki, UEFA-nın reytinq cədvəlində ilk “beşlik”də “Real Madrid”, “Bavariya”, “İnter”, “Mançester Siti” və “Liverpul” klubları yer alıb.
“Qarabağ”dan başqa siyahıda daha 7 Azərbaycan klubu var. “Neftçi” 224-cü, “Sabah” 233-cü, “Zirə” 253-cü, “Araz-Naxçıvan” 305-ci, “Sumqayıt” 306-cı, “Qəbələ” 307-ci, “Şamaxı” isə 308-ci sıradadır.
Bunlardan başqa, Türkiyənin “Fənərbağça” klubu 44-cü, “Qalatasaray” isə 47-ci pillədə qərarlaşıb. Digər qonşu ölkələrdən Ermənistanın “Pyunik” klubu 154-cü, Gürcüstanın “Dinamo Batumi” klubu isə 241-ci yeri tutub.
Onu da bildirək ki, “Qarabağ” keçmiş SSRİ ölkələrinin klubları arasında ilk sırada yer alır. “Qarabağ”ın ən yaxın təqibçisi Ukraynanın “Şaxtyor” klubudur ki, o da UEFA reytinqində 56-cı pillədə qərarlaşıb.
Murad Məmmədov