
Futbol üzrə Avropa Çempionlar Liqasında ikinci turun oyunları başa çatıb.
Yeniavaz.com xəbər verir ki, İspaniya çempionu “Barselona” öz meydanında Çempionlar Liqasının son qalibi PSJ-ni qəbul edib və 2:1 hesabı ilə məğlub olub.
“Arsenal” öz meydanında Yunanıstanın “Olimpiakos”unu 2:0 hesabı ilə məğlub edib.
“Mançester Siti” isə səfərdə “Monako” ilə heç-heçə edib – 2:2.
Çempionlar Liqasının ikinci turunda ötən gecə baş tutan görüşlərin nəticələri belə olub:
“Qarabağ” – “Kopenhagen”: 2:0;
“Royal Union” – “Nyukasl Yunayted”: 0:4;
“Arsenal” – “Olimpiakos”: 2:0;
“Barselona” – PSJ: 1:2;
“Borussia Dortmund” – “Atletik Bilbao”: 4 :1;
“Monako” – “Mançester Siti”: 2:2;
“Napoli” – “Sportinq”: 2 :1;
“Vilyarreal” – “Yuventus”: 2:2;
“Bayer Leverkuzen” – “PSV Eyndhoven”: 1:1.
Tətbiqimizi yükləyə bilərsiniz