Ali Məhkəmə Trampın Liza Kuku işdən çıxarmasına icazə vermədi


ABŞ Ali Məhkəməsi Ədliyyə Departamentinin Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin üzvü Liza Kukun dərhal işdən çıxarılması ilə bağlı qərarı dondurulmasını ləğv etmək tələbini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, avqust ayında ABŞ Prezidenti Donald Tramp Kuku FES-dən “haqlı səbəb”ə görə qovmağa cəhd edib. O, Kuku işdən çıxarmaq üçün səbəbi olduğunu iddia etdi, çünki o, “bir və ya bir neçə ipoteka ilə bağlı yalan ifadələr vermiş ola bilər”.
Federal Mənzil Maliyyəsi Agentliyinin direktoru Bill Pultenin ittihamlarını açıqlayan Tramp, Kukun əsas iqamətgahı olaraq müxtəlif ştatlarda iki mülk qeyd etdiyini iddia etdi. Kuka heç vaxt rəsmi ittiham irəli sürülməyib.
Kuk istefa verməkdən imtina edərək Trampın fırıldaqçılıq ittihamlarını rədd edib. O, iddiaların prezidentə onu vəzifədən uzaqlaşdırmaq üçün kifayət qədər əsas vermədiyini iddia edib. Kuk iddia edir ki, bu iddialar Trampın onu ABŞ-nin pul siyasəti ilə bağlı mövqeyinə görə işdən çıxarması üçün sadəcə bir bəhanədir. Sentyabr ayında Kolumbiya Dairəsinin federal məhkəməsi Kukun vəzifəsindən kənarlaşdırılmasını dayandıraraq, onun vəzifəsində qalmasına icazə verib. Ədliyyə Departamenti Ali Məhkəmədən, Kukun da işdən çıxarılmasını istəyən Trampın iddiasına baxılana qədər bu qərarı ləğv etməyi xahiş edib. 
Bununla belə, Ali Məhkəmənin hazırkı qərarına əsasən, Kuk işin mahiyyəti üzrə baxılacağı ən azı 2026-cı ilin yanvarına qədər vəzifəsində qala bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top