
Əfqanıstanda internet bağlantısı qismən bərpa edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
“Canlı şəbəkə məlumatları Əfqanıstanda internet bağlantısının qismən bərpa olunduğunu göstərir”, - məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl Kabil hava limanının internet kəsilməsi səbəbindən bütün reysləri ləğv etmək məcburiyyətində qaldığı bildirilib.
Bir müddət əvvəl Əfqanıstan KİV-ləri Əfqanıstan İslam Əmirliyinin ali lideri Haybətullah Axundzadənin “əxlaqsız davranışların qarşısını almaq üçün” bir neçə regionda simli internetin qadağan edilməsi barədə göstəriş verdiyini yazıb. Rəsmilər bu qərarın dövlət xidmətlərinin işinə mane olduğunu bildiriblər.