
Bu ilin sentyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 61,1 milyon dollar və ya 0,5% artaraq 11 milyard 310,5 milyon dollara yüksəlib.
Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində isə valyuta ehtiyatları 485,3 milyon dollar və ya 4,1% azalıb.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.
Elnur Əli