Qırğızıstanda ölüm hökmü bərpa edilə bilər


Qırğızıstanda yeni parlament xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını müzakirə edəcək.
Yeniavaz.com
xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarovun ölüm hökmünün bərpası ilə bağlı təklifini prezidentin mətbuat katibi Askat Alagözov sosial şəbəkə hesabında açıqlayıb.
Onun sözlərinə görə, Japarov prezident administrasiyasının hüquq şöbəsinin müdiri Murat Ukuşevə uşaqlara, qızlara və qadınlara qarşı cinayətlərə görə ən sərt cəzaları nəzərdə tutan qanunvericiliyə düzəlişlər hazırlamağı tapşırıb.
O, qeyd edib ki, burada xüsuslilə uşaqlara, eləcə də qadınlara təcavüz və qətl hallarına görə ölüm hökmünün tətbiqi nəzərdə tutulur.
Alagözov qeyd edib ki, prezidentin bu qərarı İssık-Kul vilayətində 17 yaşlı Aysuluu adlı qızın 1984-cü il təvəllüdlü A.K. adlı şəxs tərəfindən təcavüzə məruz qalaraq qətlə yetirilməsi ilə bağlı olub.
Qeyd edək ki, Qırğızıstanda ən son ölüm hökmünün icrası isə 1998-ci ildə həyata keçirilib. 2007-ci ildə konstitusiyaya edilən dəyişikliklərlə ölkədə ölüm hökmü ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top