
Qəzza zolağında son vaxtlar aclıqdan ölən fələstinli uşaqların sayı 151-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, bu günə qədər ümumilikdə sektorun 455 sakini qida çatışmazlığından dünyasını dəyişib.
Onlardan ikisi, o cümlədən biri uşaq təkcə son 24 saatda aclıqdan ölüb.
Tətbiqimizi yükləyə bilərsiniz