Azərbaycanda hansı neft şirkəti nə qədər neft hasil edib? – Siyahı


Son 5 ildə Azərbaycanda neft hasilatı 9 milyon tondan çox azalıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycanda neft hasilatı ilə məşğul olan şirkətlərin açıqladığı göstəricilərdə yer alıb.
Bildirilir ki, 2019-cu ildə neft şirkətləri 37,4 milyon ton qaz kondensatı ilə birgə neft hasil ediblər. Bu göstərici 2024-cü ildə 28,3 milyon tona düşüb.
Ən böyük hasilatçı şirkət olan “BP Exploration (Caspian Sea) Ltd”də hasilat 26,3 milyon tondan 16,8 milyon tona enib. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı 6,3 milyon tondan 6 milyon ton səviyyəsinə düşüb. “BP Exploration (Shah Deniz) Limited” şirkəti isə hasilatını 3,5 milyon tondan 4,2 milyon tona yüksəlib ki, bu da son 5 ildə 640 min tonluq əlavə hasilat deməkdir.
Orta həcmli şirkətlər arasında da fərqli mənzərə ortaya çıxıb. “Balaxanı Operating Company” hasilatını 251 mindən 305 min tona, “Umid Babek Operating Company” isə 139 mindən 274 min tona qaldıra bilib. Lakin digər bir çox şirkətlərdə azalma baş verib.
Azərbaycanda neft hasilatı ilə məşğul olan şirkətlərin 2019 və 2024-cü illərdə hasil etdiklərin neftin miqdarı aşağıdakı kimi olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top