
Qəzzada TRT-nin əməkdaşı Yahia Bərzaq həlak olub.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, Yəhya Bərzaq İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində öldüülüb.
O, telekanalda müstəqil jurnalist kimi Qəzzadakı hadisələri işıqlandırıb.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Yəhya Bərzaqın həlak olması ilə bağlı qarşı tərəfə başsağlığı verib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin “Anadolu” xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhanın da Qəzzada aldığı güllə yarasından öldüyü bildirilmişdi.