
Amerikalı milyarder İlon Mask “xAI” şirkətinin “Vikipediya” onlayn ensiklopediyasına alternativ yaradacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, “Qrokipediya” adlı yeni resurs “Vikipediya”da qadağan edilmiş mənbələr əsasında məzmun yaradacaq və “Vikipediya”da olduğu kimi ictimaiyyətə açıq olacaq.
“Biz “xAI”dən “Qrokipediya” qururuq. Bu, “Vikipediya” ilə müqayisədə böyük irəliləyiş olacaq”, - o bildirib.
Mask həmçinin, “Qrokipediya”nın “xAI”nin kainatı dərk etmək məqsədinə doğru atılan zəruri addım olduğunu qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz