
İsrail Müdafiə Qüvvələri (IDF) Fələstin anklavının ən böyük əhali mərkəzinə nəzarəti ələ keçirmək üçün avqust əməliyyatı başlayandan bəri Qəzza şəhərində təxminən 1250 binanı dağıdıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ordu 200-ə yaxın radikalı məhv edib.
Nəşrin yazdığına görə, dağıdılan binaların təqribən üçdə biri IDF tərəfindən sırf hərbi hədəflər, yarısı isə radikallar tərəfindən dəyişdirilən obyektlər kimi təsnif edilib.
Qeyd edək ki, avqustun 8-də İsrailin hərbi-siyasi kabineti Baş nazir Binyamin Netanyahunun təklif etdiyi Qəzza şəhərinin hamısına nəzarəti ələ keçirmək və əməliyyatı Fələstin anklavına genişləndirmək planını təsdiqləyib.
Avqustun 20-də İsrail Müdafiə Qüvvələri Qəzzaya qarşı əməliyyatlara başlayıb.
Xatırladaq ki, sentyabrın 16-da Netanyahu Fələstinin HƏMAS hərbi strukturunu yekun şəkildə məhv etmək məqsədi daşıyan Qəzza şəhərinə hücuma başladığını elan edib. Ordunun mətbuat xidməti isə qoşunların şəhər ərazisinin təxminən 80%-nə nəzarət etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz