
Qızılın qiyməti daha bir rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3900 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 06:05-ə olan məlumata görə, qızılın qiyməti 0,24% faiz artaraq, 1 troy unsiyası üçün 3902,4 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 06:09-a olan məlumata görə, qızılın qiyməti artımını sürətləndirərək, 1 troy unsiyası üçün 3904,1 dollara (+0,28%) çatıb.
Bakı vaxtı ilə saat 06:45-də isə qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 3813,9 dollar (+0,87%) olub.
Tətbiqimizi yükləyə bilərsiniz