
Sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gələn İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verib.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçib.