
“Azərkosmos” bu ilin yanvar-avqust aylarında dünyanın 41 ölkəsinə 11,6 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, qurumun ümumi gəlirlərinin 66%-ni təşkil edib.
Avqust ayında isə “Azərkosmos”un xidmət ixracı 1,5 milyon dollar olub. İlk beşlikdə Birləşmiş Krallıq (3,1 milyon dollar), Lüksemburq (2,3 milyon dollar), Nigeriya (569,5 min dollar), Türkiyə (537,9 min dollar) və İsveç (530,4 min dollar) qərarlaşıb.
Elnur Əli