FHN 40 min vergi borcu olan “Gilan”ın obyektinin istismarına icazə verib


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil çimərliyində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com
xəbər verir ki, tikinti sahəsi 82,5 kvadratmetr olan bina 1 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 18 sentyabr 2025-ci il tarixli 09180 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi “Gilan” MMC (VÖEN – 1500032071) olub.
Nizamnamə kapitalı 10 manat olan “Gilan” MMC 10 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Keşlə Stansiyası, ev Yataqxana 2-də yerləşən MMC-nin qanuni təmsilçisi Əliyev Zülfiqar Feyruz oğludur.
Onu da qeyd edək ki, hazırda “Gilan” MMC-nin dövlət büdcəsinə 39 min 199 manat 49 qəpik vergi borcu var.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top