ABŞ 100-ə yaxın iranlını deportasiya etdi


ABŞ Prezidenti Donald Trampın administrasiyası 100-ə yaxın iranlını ABŞ-dən deportasiya edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Times” qəzeti adı açıqlanmayan ABŞ və İran rəsmilərinə istinadla məlumat yayıb.
Ağ Ev administrasiyası deportasiyanı Vaşinqton və Tehran arasında razılığa əsasən həyata keçirib.
İran rəsmiləri qəzetə bildiriblər ki, deportasiya edilmiş iranlıları daşıyan çarter reysi yerli vaxtla bazar ertəsi axşam Luizianadan yola düşüb. Təyyarənin sentyabrın 30-da İrana çatması planlaşdırılır.
Qəzet rəsmiyə istinadla onu da qeyd edib ki, prosesi İran Xarici İşlər Nazirliyi koordinasiya edib.

DİGƏR XƏBƏRLƏR

Top