Yer kürəsində güclü maqnit qasırğası başladı


Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, maqnit qasırğasının intensivliyi beş səviyyəli miqyasda G2 səviyyəsindən G3 səviyyəsinə yüksəlib.
Maqnit qasırğasının bu səviyyəsində təhlükəsizlik sistemlərində yanlış siqnallar, yağ transformatorunun qaynaması, peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr, yüksək tezlikli radio rabitəsində fasilələr mümkündür.
Həmçinin, bu səviyyədə qütb işıqları orta enliklərdə müşahidə olunur.
Məlumata görə, buna Yer kürəsinə böyük tac dəliyinin zərbəsi səbəb olub.
Qeyd edək ki, beş səviyyəli maqnit qasırğasında G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir.

DİGƏR XƏBƏRLƏR

Top