
Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 40,2% və ya 21,3 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı “Azərbaycanın statistik göstəriciləri” adlı nəşrdə yer alıb.
Məlumatda bildirilir ki, 2015-ci ildə Azərbaycanda ÜDM 53 milyard olduğu halda, ötən il 74,3 milyard dollara yüksəlib.
Qeyd edək ki, Komitənin açıqladığı məlumatda MDB-yə üzv ölkələrə aid bəzi statistik göstəricilər də yer alıb. Açıqlanan məlumatlarda göstərilir ki, son 10 ildə MDB ölkələri arasında ÜDM ən çox Moldovada artıb – 2,8 dəfə. Ən az artım isə Özbəkistanda (33,4%) qeydə alınıb.
Son 10 ildə (2015-2024-cü illər) MDB ölkələrində ÜDM artımı aşağıdakı kimi olub:

Elnur Əli