“ChatGPT”yə valideyn nəzarəti funksiyası əlavə edildi


“OpenAI” “ChatGPT” üçün valideyn nəzarəti funksiyasını əlavə edib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, ona veb və mobil versiyanın “Parametrlər” menyusunda və ya birbaşa keçid vasitəsilə daxil olmaq olar.
Belə ki, siz bu funksiyanı “Parametrlər” → “Valideyn nəzarəti” → “Ailə üzvü əlavə et” bölməsinə keçməklə aktivləşdirə bilərsiniz.
Valideynlər yeni funksiya vasitəsi ilə çatbotun uşaqlar üçün istifadəsinə məhdudiyyət qoya biləcəklər.
Həmçinin, yeni sistem valideynlərə yeniyetmələrin həssas məzmunlara çıxışını məhdudlaşdırmağa imkan verəcək.
Bundan başqa, valideynlər uşaqları üçün “ChatGPT”dən istifadə üçün yaddaş və vaxt məhdudiyyətləri də təyin edə biləcəklər.
Valideynlər həmçinin “ChatGPT”yə girişinin bloklandığı saatları da təyin edə biləcəklər.
İstisna hallarda valideynlər “OpenAI”dən təhlükəsizlik sisteminin yeniyetmənin həyatı və ya sağlamlığı üçün əhəmiyyətli risk müəyyən etdiyi söhbətlər haqqında xəbərdarlıq alacaqlar. Bununla belə, bütün söhbət deyil, yalnız potensial təhlükəli məlumatları ehtiva edən sitatlar göndəriləcək.
Ancaq onlar yeniyetmənin söhbətlərinə birbaşa giriş əldə edə bilməyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top