Uitkoff istefa verə bilər


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff 2025-ci ilin sonuna kimi vəzifəsini tərk edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Uitkoffun istefası Qəzza zolağında münaqişə həll olunandan sonra baş tuta bilər.
“The Times of Israel” xəbər verir ki, xüsusi nümayəndənin ofisi artıq tezliklə yeni dəyişikliklər gözləyir.
Qeyd edək ki, Stiven Uitkoff rəsmi olaraq, prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsini tutur.

DİGƏR XƏBƏRLƏR

Top