
Bu ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar tərəfindən cəlb olunan əmanətlərin ümumi həcmi 15 milyard 460 milyon 550 min manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu əmanətlər üzrə orta faiz dərəcəsi isə 5,08% olub.
Ölkə üzrə ümumi əmanətlərin 13 milyard 589 milyon 457 min manatı və ya 88%-i Bakının payına düşüb. Ən aşağı orta faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda (4,52%), ən yüksək faiz dərəcəsi isə Abşeron-Xızı iqtisadi rayonunda (6,91%) qeydə alınıb.
İqtisadi rayonlar üzrə əmanət məbləğləri və orta faiz dərəcələri aşağıdakı kimi olub:
Bakı iqtisadi rayonu – 13 589 457 min manat (4,91%);
Naxçıvan iqtisadi rayonu – 78 370 min manat (5,03%);
Abşeron-Xızı iqtisadi rayonu – 577 562 min manat (6,91%);
Dağlıq Şirvan iqtisadi rayonu – 48 642 min manat (5,81%);
Gəncə-Daşkəsən iqtisadi rayonu – 254 933 min manat (6,78%);
Qarabağ iqtisadi rayonu – 97 833 min manat (5,53%);
Qazax-Tovuz iqtisadi rayonu – 123 705 min manat (6,64%);
Quba-Xaçmaz iqtisadi rayonu – 153 036 min manat (6,18%);
Lənkəran-Astara iqtisadi rayonu – 141 281 min manat (6,17%);
Mərkəzi Aran iqtisadi rayonu – 131 604 min manat (6,40%);
Mil-Muğan iqtisadi rayonu – 47 951 min manat (4,52%);
Şəki-Zaqatala iqtisadi rayonu – 139 074 min manat (5,31%);
Şərqi Zəngəzur iqtisadi rayonu – 818 min manat (4,77%);
Şirvan-Salyan iqtisadi rayonu – 76 283 min manat (5,12%).
Elnur Əli