Samboçularımız da medal qazandı


Azərbaycan samboçuları III MDB Oyunlarında medallar qazanıblar.
Yeniavaz.com xəbər verir ki, 64 kilo çəki dərəcəsində çıxış edən Nihad Rəhimov  finalda Rusiya təmsilçisi Artem Karisovu məğlub edib.
Həmçinin, 53 kilo çəki dərəcəsində çıxış edən Abdullətif Musayev o finalda özbəkistanlı Qamzat Maksetbayevi məğlub edib.
Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+98 kq) və Rüstəm Qasımzadə (58 kq) gümüş mükafat əldə ediblər.
Sadiq Nadirov (79 kq) isə bürünc mükafata sahib çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top