Britaniya səhvən rekord sayda məhbusu azad etdi − “The Sun”


Böyük Britaniya səlahiyyətliləri səhvən 2024-cü ilin martından 2025-ci ilin martına qədər rekord sayda məhbusu azad etdilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazıb.
Qəzetin yazdığına görə, il ərzində 262 nəfər səhvən azad edilib. Bu, 2023-2024-cü illər arasındakı dövrlə müqayisədə 128% artımdır. Bəzi məhbuslar səhvən erkən azadetmə proqramına uyğun olaraq, digərləri isə bürokratik qeyri-dəqiqliklərə görə azadlığa buraxılıb. Bu statistik məlumatların dərcindən sonra Ədliyyə Nazirliyi yaranmış vəziyyətin aradan qaldırılması üçün xüsusi komissiyanın yaradıldığını açıqlayıb.
Avqust ayında “The Daily Mail”, İngiltərə həbsxana sistemindəki sıxlığı azaltmaq üçün təxminən 26,500 məhbusun 2024-cü ilin sentyabrından 2025-ci ilin martına qədər erkən azad edildiyini bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top