
2026-cı il İspaniya Superkuboku yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti sosial mediada məlumat yayıb.
Məlumata görə, turnirdə dörd komanda iştirak edəcək: “Barselona”, “Real Madrid”, “Atletik Bilbao” və “Atletiko Madrid”.
Qeyd edək ki, 2025-ci ildə də İspaniya Superkuboku Səudiyyə Ərəbistanında keçirilib. “Barselona” finalda “Real Madrid”i 5-2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Xatırladaq ki, “Barselona” 15 dəfə turnirdə qalib gələrək, İspaniya Superkubokunda ən çox qalibiyyət rekorduna sahibdir.
Tətbiqimizi yükləyə bilərsiniz