Azərbaycanda ən yüksək və ən aşağı kredit faizləri hansı bölgələrdədir – Tam siyahı


Bu ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlərin ümumi həcmi 28 milyard 704 milyon 910 min manat olub və bu kreditlər üzrə ümumi orta faiz dərəcəsi 13,99% təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Bakının payına 21 milyard 813 milyon 259 min manat kredit düşüb ki, bu da ümumi kreditlərin 76%-inə bərabərdir.
Qeyd edək ki, ən aşağı orta faiz dərəcəsi Bakı iqtisadi rayonunda qeydə alınıb – 12,63%. Ən yüksək orta faiz isə Dağlıq Şirvan iqtisadi rayonunda (19,95%) olub.
Aşağıda bütün iqtisadi rayonların kredit məbləğləri və orta faiz dərəcələri verilib:
Bakı iqtisadi rayonu – 21 813 259 min manat (orta faiz dərəcəsi 12,63%)
Naxçıvan iqtisadi rayonu – 466 333 min manat (15,35%)
Abşeron-Xızı iqtisadi rayonu – 1 168 879 min manat (16,48%)
Dağlıq Şirvan iqtisadi rayonu – 200 783 min manat (19,95%)
Gəncə-Daşkəsən iqtisadi rayonu – 868 899 min manat (17,66%)
Qarabağ iqtisadi rayonu – 516 592 min manat (19,64%)
Qazax-Tovuz iqtisadi rayonu – 547 540 min manat (19,37%)
Quba-Xaçmaz iqtisadi rayonu – 502 278 min manat (17,92%)
Lənkəran-Astara iqtisadi rayonu – 681 078 min manat (19,65%)
Mərkəzi Aran iqtisadi rayonu – 588 967 min manat (19,54%)
Mil-Muğan iqtisadi rayonu – 320 603 min manat (19,88%)
Şəki-Zaqatala iqtisadi rayonu – 548 427 min manat (18,25%)
Şərqi Zəngəzur iqtisadi rayonu – 20 910 min manat (13,84%)
Şirvan-Salyan iqtisadi rayonu – 460 360 min manat (19,59%)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top