Bank sektorunun son vəziyyəti açıqlandı


Bu ayın əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 498, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 379 olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ilin əvvəlindən bank sektorunda çalışanların sayı 5,4% və ya 1 372 nəfər artaraq 26 735 nəfər təşkil edib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 55 milyard 672,4 milyon manat, cəmi öhdəlikləri 48 milyard 595,3 milyon manat, balans kapitalı 7 milyard 77,1 milyon manat olub.
Hesabat ayında bankların kredit portfeli 0,7% və ya 206,7 milyon manat artaraq 28 milyard 704,9 milyon manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri 52,6% (15 091,8 milyon manat),  istehlak kreditləri 31,7% (9 114,5 milyon manat, ipoteka kreditləri isə 15,7% (4 498,6 milyon manat olub. Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib. Cəmi öhdəliklərin 75,1%-i və ya 36 milyard 517,8 milyon manatı depozit portfelinin payına düşüb. Depozitlərin 58,7%-i (21 milyard 431,8 milyon manat) hüquqi şəxslərin, 41,3%-i (15 milyard 86 milyon manat) fiziki şəxslərin depozitlərindən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 67,3%-i (10 milyard 149,5 milyon manat) milli valyutada, 32,7%-i (4 milyard 936,5 milyon manat) xarici valyutadadır.

DİGƏR XƏBƏRLƏR

Top