Azərbaycanda lüks yaxtalar satışa çıxarılıb – Fotolar


Azərbaycanda fəaliyyət göstərən elan saytlarının birində 5 ədəd lüks yaxtanın satışı barədə məlumat yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, elanda satışa çıxarılan yaxtaların Türkiyədə olduğu bildirilib.
Qeyd edək ki, satışda olan modellər və qiymətlər aşağıdakı kimi olub:
“Christensen Shipyard Ltd” şirkətinin istehsalı olan yaxta – 2001-ci il istehsalı, 2023-cü ildə əsaslı təmir olunub. Qiyməti 6 milyon 250 min manat.
“AB Yacht 92” adlı yaxta – 2023-cü ildə tam yenilənmiş model. Qiyməti 3 milyon 500 min manat.
“Astondoa Elegance 80” adlı yaxta (2002-ci il) – 5 kabinli yaxta. Qiyməti 1 milyon 250 min manat.
“Astondoa 95” adlı yaxta (2000-ci il) – 6 kabinli lüks model. Qiyməti 1 milyon 100 min manat.
“Aicon Fly 56” adlı yaxta (2004-cü il) – 2023–2024-cü illərdə 100 min avro dəyərində təmir olunub. Qiyməti 700 min manat.
“Tecnorib Prelli Pzero 1400 Sport” adlı yaxta – güclü mühərrik performansına malik model. Qiyməti 600 min manat.


DİGƏR XƏBƏRLƏR

Top